Son dəqiqə:

Dövlət Komitəsində 15 nəfər işdən azad edildi

22-01-2016 00:33 / Bu xəbər 269 dəfə oxundu
Ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 15 nəfər işdən azad edilib.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2015-ci ildəki fəaliyyəti haqqında hesabatında bildirilib.

Belə ki, hesabat dövrü ərzində Komitədə 15 nəfər işdən azad edilib, 6 nəfər vəzifədən vəzifəyə keçirilib və 30 əməkdaş isə işə qəbul edilib (23 inzibati və 7 yardımçı).

Komitənin tabeliyində olan elmi-tədqiqat və layihə təşkilatları tərəfindən 2015-ci ilin yanvar-dekabr ayları ərzində 2567,9 min manatlıq elmi-tədqiqat və layihə-axtarış işləri görülüb.

Arqument.Az

Bölmələr:


Digər xəbərlər