Son dəqiqə:

D18 Hərəkatı hakimiyyəti istefaya çağırdı

21-12-2015 13:59 / Bu xəbər 302 dəfə oxundu
D18 Hərəkatı hakimiyyəti uğursuz iqtisadi siyasətinə görə istefaya çağırıb.

Hərəkatın yaydığı bəyanatda deyilir: 

"22 ildir ki, YAP hakimiyyəti iqtidardadır. Bu 22 ildə hakimiyyətin kifayət qədər zamanı var idi ki, siyasi-iqtisadi islahatlar aparsın. Amma əksinə hakimiyyət neftdən gələn pulları səmərəsiz xərcləmək, büdcəni neftdən asılı etmək, milyardlarla pulu ölkədən çıxartmaqla Azərbaycan iqtisadiyyatını ağır duruma gətirib çıxartdı. 

Hakimiyyətdən tələb edirik ki, tez bir zamanda iqtisadi-siyasi islahatlar həyata keçirsin. Ölkənin dünyadan təcridolunma siyasətinə son qoysun. İqtisadiyyatı monopoliyadan azad edib, Dünya Ticarət Təşkilatına üzv olsun. 

Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsin. Hakimiyyət bunlar etmək cəsarətində deyilsə, dərhal istefa versin, 3 ay ərzində yeni prezident seçkiləri keçirilsin". 

Arqument.Az

Bölmələr:




Digər xəbərlər