"Baş memar dedi ki, narazısınızsa, məhkəməyə verin" - Sakinlər icra başçısına şikayət etdilər
Hacı Zeynalabdin Tağıyev 59 ünvanında yaşayan sakinlər Abşeron rayon icra başçısı İradə Gülməmmədovaya şikayət ediblər.
Arqument.az-a ünvanlanan şikayət məktubunda deyilir:
Hörmətli İradə xanım!
Yaşadığımız üç mərtəbəli, altı mənzilli binanın pəncərəsinin qarşısındakı torpaq ərazisi bizə məlum olmayan mülkiyyətçi tərəfindən zəbt etməklə qanunsuz tikinti işləri aparılır. Tikilən bina ilə pəncərəmizin arasındakı məsafə yarım metrdir və bu da bizim narazıçılığımıza səbəb olur. Ən azından aradakı məsafə 3-4 metr olmalıdır. Sabah hansısa bir hadisə baş versə, bundan necə siğortalanmaq olar. Və ya biz bu pəncərəni divarlara baxmaq üçünmü qoymdurmuşuq?
Adıçəkilən binada altı ailə yaşayır. Biz məsələylə bağlı sizin köməkçiniz Fuad Xəlilovla görüşüb şikayətimizi ona bildirdik. Fuad Xəlilov da bizi baş memar Akif Əliyevlə görüşdürdü. Akif Əliyev bizə bildirdi ki, tikinti qanuni sənədlər üzərində aparılır və əgəri siz narazısınızsa, məhkəməyə müraciət edin.
Biz axı məhkəməyə niyə müraciət edib get-gələ düşməliyik. Bu torpaqda aparılan tikinti işləri sözsüz ki, Abşeron rayon icra hakimiyyətinin verdiyi sənədlərlə icra edilir.
Bizim narazıçılığımız aradakı yarım metrlik məsafədir.
Xahiş edirik məsləylə bağlı bizə köməklik göstərəsiniz.
Öncədən sizə öz minnətdarlığımızı bildiririk".

