Son dəqiqə:

Avropa Məhkəməsindən Tofiq Yaqublu ilə bağlı QƏRAR

05-11-2015 15:36 / Bu xəbər 229 dəfə oxundu
Avropa İnsan Haqları Məhkəməsi bu gün vicdan məhbusu, Müsavat başqanının müavini Tofiq Yaqublu ilə bağlı qərar qəbul edib. 

Bu haqda Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Məhkəmə Beynəlxalq İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin - azadlıq hüququnun pozulmasını tanıyıb. Qərara əsasən Tofiq Yaqublu dərhal azad edilməli, ona təzminat olaraq 24 000 avro ödənilməlidir.

Qeyd edək ki,  Tofiq Yaqublu 2013-cü ildə qanunsuz olaraq həbs edilmişdi, onun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmışdı. Onu da qeyd edək ki, bu, Nemət Kərimlinin Avropa Məhkəməsinə çıxardığı ilk iş idi.(bastainfo.com)

Arqument.Az

Bölmələr:




Digər xəbərlər