Bakıda hakimin maşını yandırıldı
Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun maşını yanıb. Olay Nəsimi rayonu ərazisində qeydə alınıb. Musavat.com-a daxil olan məlumata görə hakimin yaşadığı Nizami küçəsi 118 ünvanında "Hundai Santa Fe” markalı, ağ rəngli maşını qəfildən alışıb. Maşının arxa təkəri tərəfdən başlayan yanğını ətrafdakı şəxslər tərəfindən söndürülüb. Yanmış maşın evakuator vasitəsi ilə ərazidən naməlum istiqamətə aparılıb.
Belə ehtimal var ki, hakimə məxsus olan maşın qəsdən yandırılıb.
Mediaya daim açıq olduğunu bildirən İ.Şirinov belə yanlış məlumatın tirajlanmasından təəssüfləndiyini vurğulayıb:
"Təəssüf edirəm ki, texniki nasazlıqdan baş verən xırda bir yanğın təhrif olunmuş şəkildə ictimailəşdirilib".
Baş Prokurorluğun mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumatda isə qeyd olunur ki, "bu barədə prokurorluq orqanlarına hər hansı bir məlumat daxil olmayıb”.
Arqument.Az