Aİ Rusiya ilə döyüşən Ukrayna ordusuna təlim missiyasını iki il uzadıb, missiya Ukraynanın özündə də olacaq

İllüstrativ foto: General Staff of the Armed Forces of Ukraine, CC BY 4.0, Wikimedia Commons
09-11-2026 22:15

Avropa İttifaqı Şurası Ukrayna ordusuna hərbi təlim keçən EUMAM missiyasının mandatını daha iki il, 2028-ci ilin 15 noyabrına qədər uzadıb. Bu müddət üçün təxminən 300 milyon avro büdcə ayrılıb.

Aİ Şurasının kommünikesində deyilir ki, qərar missiyanın fəaliyyətinə strateji baxışdan sonra verilib. Şura missiyanın Ukrayna hərbi orqanları, Silahlı Qüvvələri və beynəlxalq tərəfdaşlarla birbaşa işləməsi üçün onun Ukraynanın özündə də olmasını qərara alıb.

Yeni mandatda əsas diqqət döyüş meydanından əldə olunan təcrübənin təhlilinə və hərbi təlimin təkmilləşdirilməsinə yönələcək. Şuranın məlumatına görə, missiya ABŞ, Böyük Britaniya, Kanada, Norveç, “Könüllülər koalisiyası” və NATO ilə əlaqələndirilmiş şəkildə işləyəcək.

Əvvəlki mandat 2026-cı ilin 15 noyabrında başa çatırdı və ona 409 milyon avroya yaxın vəsait ayrılmışdı. Vladimir Putin 2025-ci ilin sentyabrında Ukraynada yerləşdiriləcək xarici hərbçilərin Rusiya üçün “qanuni hədəf” olacağını demişdi.

Digər xəbərlər