Son dəqiqə:

2027-ci il büdcə layihəsi: Azərbaycanın 67 şəhər və rayonuna dotasiya ayrılmayacaq

İllüstrativ foto: 1 manatlıq əskinas. Foto: Azərbaycan Respublikası Mərkəzi Bankı, Public domain, Wikimedia Commons
02-11-2026 21:43

Milli Məclisə təqdim olunan "2027-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihəsində 67 şəhər və rayonun yerli xərclərini ödəmək üçün dotasiya nəzərdə tutulmayıb. Layihə qəbul olunarsa, həmin ərazilər gələn ildən yerli xərclərini öz daxili gəlirləri hesabına qarşılamalı olacaq.

AzadlıqRadiosu yazır ki, regionların "ələbaxımlılığını" azaltmağa yönələn bu addım birmənalı qarşılanmayıb. Ekspertlər qərarın pərdəarxası məqamlarını və regional inkişaf proqramlarının real səmərəsini sorğulayır, sistemin içindən də kəskin etirazlar səslənir.

Maliyyə Nazirliyinin sentyabrın 16-da açıqladığı ilkin parametrlərə görə, 2027-ci ildə büdcə gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılırdı. Nazirlik bu rəqəmlərin layihə parlamentə təqdim olunanadək dəyişə biləcəyini bildirmişdi.

Digər xəbərlər