“Yandex”: Ukraynanın Rusiyadakı məlumat mərkəzlərinə zərbələrindən sonra müştəri məlumatlarının 2,84 faizini bərpa etmək mümkün deyil

Foto: WikiFido, CC BY-SA 4.0, Wikimedia Commons
10-11-2026 17:11

Rusiyanın “Yandex” şirkətinin mətbuat xidməti noyabrın 10-da bildirib ki, mühəndislər məlumat mərkəzlərinə hücumlardan sonra “Yandex Cloud” bulud xidmətində müştəri məlumatlarının 97,16 faizinə girişi bərpa edə biliblər. Şirkətin sözlərinə görə, qalan 2,84 faizi avadanlığın ağır zədələnməsi və müştərilərin platformada ehtiyat surətlərinin olmaması səbəbindən qaytarmaq mümkün deyil.

“Yandex” xidmətin ehtiyat surət alətlərindən istifadə edən müştərilərin heç bir məlumat itirmədiyini əlavə edib.

Ukrayna oktyabrda “Yandex”in məlumat mərkəzlərinə zərbələr endirməyə başlayıb. Bir həftə ərzində ukraynalı dronlar şirkətin altı mərkəzindən üçünü - Ryazan vilayətinin Sasovo şəhərində, Kaluqa və Vladimirdəkiləri hədəf alıb.

“Kommersant” qəzeti ekspertlərin qiymətləndirməsinə istinadən zədələnmiş avadanlığın dəyişdirilməsinin təxminən yarım il çəkəcəyini yazıb. Hücumlardan sonra “Yandex” üç superkompüterinin hamısını başqa yerə köçürüb və illik gəlir proqnozunu geri götürüb.

Digər xəbərlər