Son dəqiqə:

Tramp NATO-ya yeni ad təklif edib

10-01-2020 11:57 / Bu xəbər 687 dəfə oxundu
ABŞ Prezidenti Donald Tramp NATO-nun Yaxın Şərqdəki fəaliyyətini genişləndirilməsinin vacibliyini deyib.

O bildirib ki, regiona NATO qoşunları yerləşdirilməlidir. 

Bu barədə "Associated Press" məlumat yayıb. 

"Yaxın Şərq ərazisi də daxil olmaqla, NATO fəaliyyətini genişləndirməlidir. Elə indi yük bizim üzərimizə düşür və bu haqsızlıqdır”, - Tramp bildirib.

O, həmçinin alyans üçün yeni adı təklif edib: NATOME (NATO və Yaxın Şərq regionunun ingiliscə tərcüməsinin "Middle East" baş hərfləri ilə-red).

ABŞ prezidenti qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq onun təklifindən həyəcanlanıb".

Tramp və Stoltenberq yanvarın 8-də telefonla Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. 

Dövlət başçısı və alyans rəhbəri alyansın regionda sabitlik və beynəlxalq terrorizmlə mübarizə üçün daha çox şey edə biləcəyi ilə bağlı ortaq mövqeyə gəliblər. 

Digər xəbərlər