Siqaret, nərə kürüsü və PVC parçaların idxal rüsumu artırılır

İllüstrativ foto: Antonio Kless, CC BY-SA 4.0, Wikimedia Commons
13-11-2026 18:15

Nazirlər Kabineti siqar, siqaret, siqarilla, nərə balığı kürüsü və PVC ilə hopdurulmuş parçaların idxalına tətbiq olunan gömrük rüsumlarını dəyişib. Dəyişiklik hökumətin idxal gömrük rüsumlarının dərəcələri haqqında qərarına edilib.

Yeni qaydaya görə, siqar, siqaret və siqarillaların idxalına 15% rüsum tətbiq olunacaq, amma bu məbləğ min ədədinə 3 dollardan az olmayacaq. İndiyədək siqaretin min ədədinə sabit 0,5 dollar rüsum tutulurdu.

2030-cu ilin sonunadək idxal olunan nərə balığı kürüsü üçün rüsum 15% olaraq qalır, lakin indi bir kiloqramına ən azı 200 dollar ödəniləcək. Əvvəllər kürü üçün yalnız idxal dəyərinin 15%-i tutulurdu.

Polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalarına indiyədək 0 və ya 5% rüsum tətbiq olunurdu. Yeni qərarla bu dərəcə 15%-ə qaldırılır.

Digər xəbərlər