Azərbaycanlı bacı-qardaş batut üzrə dünya çempionatında gümüş medal qazanıb
Batut gimnastikası yarışı. Arxiv foto: Miriam Jeske, CC BY 3.0 br, Wikimedia CommonsAzərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıblar.
Bacı-qardaş qarışıq sinxron proqramın finalında 52,010 xal toplayıb ikinci yeri tutub. Bu proqramda Azərbaycan təmsilçiləri dünya çempionatında ilk dəfə gümüş medala sahib olur.
Finalda qızıl medalı Belarus gimnastları, bürünc medalı isə Yaponiya təmsilçiləri qazanıb.
Azərbaycan gimnastları çempionatın digər proqramlarında mübarizəni davam etdirirlər.


