Mülkləri ilə gündəmə gələn keçmiş Naxçıvan deputatı Həmkarlar Konfederasiyasındakı vəzifəsini də itirib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının loqosu, Public domain, Wikimedia Commons
13-11-2026 11:24

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Qəzənfər Abdullayev vəzifəsindən azad edilib. “Unikal” saytı bu barədə qərar qəbul edildiyini yazır.

Abdullayev AHİK-in sədr müavini vəzifəsinə 2023-cü il sentyabrın 28-də seçilmişdi.

Bir müddət əvvəl mətbuatda Abdullayevin mülkləri barədə məlumat yayılmışdı. Bundan sonra o, əvvəlcə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından da məhrum olunub. İndi isə həmkarlar ittifaqlarının mərkəzi qurumundakı vəzifəsini itirib.

Digər xəbərlər