Ordubadda Naxçıvan Ali Məclisinin deputatının olduğu avtomobil aşıb, bir nəfər ölüb

İllüstrativ foto: Ordubad, Rafiz gasımov, CC BY 4.0, Wikimedia Commons
14-11-2026 03:24

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil aşıb. Qəza nəticəsində 1990-cı il təvəllüdlü sərnişin həyatını itirib, iki nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 1990-cı il təvəllüdlü Təbriz Zeynalovdur. Onunla birlikdə 1994-cü il təvəllüdlü Əmrah Məmmədov da yaralanıb. Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib.

Avtomobildəki üç nəfərin hamısının 2020-ci il müharibəsinin, rəsmi adı ilə “Vətən müharibəsi”nin iştirakçısı olduğu bildirilir. Avtomobili kimin idarə etdiyi açıqlanmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər