Son dəqiqə:

Kərəm Həsənovun deputat qardaşının işçiləri həbs edildi

24-11-2015 00:16 / Bu xəbər 427 dəfə oxundu
Vergilər Nazirliyi deputat Malik Həsənovun şirkətinin əməkdaşlarını həbs edib

Bu barədə virtualaz.org saytına mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Vergilər Nazirliyinin əməkdaşları deputat Malik Həsənova məxsus "Azinko” tikinti şirkətində yoxlama aparıblar.

Yoxlamalar zamanı şirkətin fəaliyyətində vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması halları aşkarlanıb və şirkətin bir neçə işçisi həbs edilib.

Virtualaz.org saytı Vergilər Nazirliyinin apardığı yoxlamaların təfərrüatları barədə daha sonra müfəssəl məlumat verəcək.

Xatırladaq ki, 44 yaşlı Malik Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kiçik qardaşıdır.

Arqument.Az
 
bitmap-img6

Bölmələr:




Digər xəbərlər