Son dəqiqə:

Həbsdəki jurnalist ölkə başçısına müraciət etdi

03-10-2016 15:15 / Bu xəbər 58 dəfə oxundu
Həbsdə olan jurnalis Cavid Şirəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. 

Bu barədə Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva məlumat yayıb. 

Z.Şirəliyeva bildirir ki, oğlu etmədiyi cinayət əməlinə görə həbs olunduğunu, sübutların saxtalaşdırıldığını, dövlət orqanlarının rəhbər, digər vəzifəli şəxslərinin qanunsuz hərəkətlərilə bağlı ətraflı məlumat verib. 

Jurnalist müraciətində yazır:

"Cənab Prezident, mən jurnalist fəaliyyətimə görə tamamilə qanunsuz həbs olunmuşam. Mənə qarşı irəli sürülmüş ittihamın əsassız və qanunsuz olması dövlət orqanalarının, idarə, müəssisə və təşkilatların rəsmi sənədləri və digər faktlarla tam təsdiq olunsa da, bəzi məmurların, başqa vəzifəli şəxslərin sifarişi və tapşırığı ilə materiallar və sübutlar saxtalaşdırılaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişəm. Sizdən baş verənlərin nəzarətə götürülməsini, həqiqətin müəyyən olunması istiqamətində mənə kömək etməyinizi, əsl cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün aidiyyəti üzrə ciddi göstəriş verməyinizi xahiş edirəm". 

Arqument.Az

Digər xəbərlər