Gender üzrə ekspert koronavirusun qurbanı olub

Lyudmila Xəlilovanın həyatınə xilas edə bilməyiblər
"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” Assosiasiyasının sədri, Beynəlxalq Qadın Klubunun üzvü, gender üzrə ekspert Lyudmila Xəlilovanın koronavirusdan vəfat etdiyi bildirilir.
Meydan Tv xəbər verir ki, bu barədə onun həmkarları məlumat yayıblar.
Bildirilib ki, COVİD-19 virusuna yoluxan Xəlilova müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


