Fərəc Kərimlinin yubileyi qeyd edildi – FOTOLAR
Bu gün Müsavat Partiyasının qərargahında vicdan məhbusu Fərəc Kərimlinin 30 illik yubileyi qeyd olunub.
Arqument.Az xəbər verir ki, Müsavat Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən bu toplantının aparıcısı Nigar Yaqublu olub.
Yubiley tədbirində Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Fərəc Kərimlinin vəkilləri Nemət Kərimli və Xalid Bağırov, atası Raqif Kərimli və AMDP-nin lideri İsgəndər Həmidov çıxış ediblər.
Çıxışlarda Fərəc Kərimlinin və digər siyasi məhbusların cəmiyyətimiz qarşısında xidmətləri sadalandı, onların valideynlərinə göstərdikləri dəyanətə görə təşəkkür ifadə olunub.
Mərasimə telefon vasitəsiylə qatılan Fərəc Kərimli hər kəsə salamlarını çatdırdı, ona görə narahat olmamağı tövsiyyə edib.
Arqument.Az