Son dəqiqə:

Əli Əsədovun biznes əməliyyatları - TƏFSİLAT

26-05-2016 00:35 / Bu xəbər 197 dəfə oxundu
Son vaxtlar Azərbaycan prezidentinin apardığı islahatlar sırasında kadr islahatları xüsusilə diqqət çəkir 

Bu islahatlar illər uzunun kresloda oturaraq yalnız şəxsi maraqlarını güdən, faktik olaraq yüksək etimadı doğrultmayan məmurlarla vidalaşmağa hesablanıb. Bu bağımdan ölkə rəhbərinin bu ilin əvvəllərində prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsinə təyinatı da diqqət çəkir. Çünki bu sərəncamla 1998-ci ilin aprelindən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olan Ə.Əsədovun sonrakı taleyi ciddi sual altına düşdü. Həm də Prezident Administrasiyası rəhbərinin müavini olan Ə.Əsədovun köməkçi vəzifəsindən azad edilməsi barədə hələ ki rəsmi xəbər yayılmayıb. Amma belə görünür ki, N.Əmirova məhz Ə.Əsədovun kurasiya edəcəyi sahə həvalə edilib, üstəlik, səlahiyyətləri daha da genişləndirilib. 

Politika.Az onu da diqqətə çəkir ki, uzun illərdir prezidentin iqtisadi komandasında ən vacib fiqurlardan biri olan Ə.Əsədov son aylar prezidentin açılışlarında gözə dəymir, müşavirələrində isə arxa planda görünür. Eldar Mahmudov ötən ilin oktyabrında milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılandan sonra Əli Əsədov da hədəfə gəlmişdi. Onun E.Mahmudovla yaxınlığı barədə mediada hələ nazirin mövqelərinin ən güclü olduğu vaxtdan yazılırdı. Məlumatlarda deyilirdi ki, Əli Əsədovla Eldar Mahmudov hələ gənclik illərindən dostluq ediblər, ali məktəbdə birgə oxuyublar. Eldar Mahmudovun 2014-cü ildə nazir vəzifəsinə təyin olunmasında da Əli Əsədovun rolunun olduğu bildirilirdi. İddia olunurdu ki, MTN şefi uzun illər fəaliyyətini onunla birgə koordinasiya edib, hətta Ə.Əsədovun tapşırıqlarının icraçısı olub. Maraqlıdır ki, onun adı Beynəlxalq Bank işində də hallanır. İddialara görə, milyon manatlarla kreditlərin verilməsində onun da ciddi rolu olub, müəyyən iş adamlarını himayə edərək onlara külli miqdarda kredit ayrılmasına nail olub. Ə.Əsədov bu xəbərlərə indiyədək cəmi bir dəfə reaksiya verib. O, Eldar Mahmudovun əleyhinə danışmayıb, həbs edilə biləcəyi ilə bağlı iddiaları isə rədd edib. 

Məlumdur ki, Bakının abadlıq-quruculuq işləri uzun illər Əli Əsədovun nəzarətində olub. Bu səbəbdəndir ki, İlham Əliyev paytaxtda görülən abadlıq-quruculuq işləri ilə tanış olarkən, yaxud açılış edərkən onu Bakının icra başçısı deyil, adətən Əli Əsədov müşayiət edirdi. Onun adı Bakı meri ola biləcək şəxslər sırasında da həmişə ön sırada çəkilirdi. Politika.Az-a daxil olan məlumata görə Ə.Əsədovun ölkə başçısının yanında etimadını hələ may ayında, Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra itirdiyi iddia olunurdu. Bundan sonra Əli Əsədovun kurasiya etdiyi Dövlət Bayraq Meydanı İdarəsində (bu günlərdə Bakı Bulvar İdarəsinə birləşdirilidi - red) külli-miqdarda yeyinti faktları üzə çıxdı. E.Mahmudovun "vurulmasından” sonra isə Ə.Əsədov prezidentin ətrafından uzaqlaşdırıldı. Amma görünən odur ki, Ə.Əsədov bu olaylardan nəinki qıraqda qalıb, əksinə, prokurorluq orqanlarından verilən "donosa” görə daşınmaz əmlak biznesini davam etdirməkdədir. Səbail RIH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov isə "eks-MTNçi”, hazırda istintaqı gedən Akif Çovdarovun işində zərərçəkən kimi tanınıb və deyilənə görə, üzə də durub. Maraqlıdır, icra hakimiyyətinin işçisi – dövlət qulluqçusu bu işdə necə zərərçəkən edilə bilər? Yəqin cavab da maraqlı olar…

Bir qrup Qarabağ əlili "Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30,31 və s. maddələrini bayraq edib, sahibkarlıqla məşğul olmağa qeyri-yaşayış otağı Şeyx Şamil küçəsi, "40 Pilləkən” kompleksinin başındakı zibilxana kimi yararlanılan ortalıq 20 kv.m.-lik yeri 8 il öncədən icarələrinə istəyəndə, ƏMDK-nın sədr müavini Rafiq Cəlilov müvafiq RIH-in razılıq məktubunu tələb edib. Səbail RIH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov 5 illik süründürməçilikdən sonra Bayıldakı sürüşməni əsas tutub(??) razılıq məktubu verməkdən imtina edib (Deyəsən, öskürəyin qulunca birbaşa yetkisi varmış). Bu sətirlərin yazarı əlillərin hüquq müdafiəçisi kimi iddia qaldıranda isə Hafiz Aberkarov məhkəməyə 3-cü şəxsin – "ALYANS-F” MMC-nin adına saxta çıxarış verib ki, guya həmin qeyri-yaşayış otağı 89 kv.m-dir və 1 sot da torpaq sahəsində 04.08.2011-ci ildən mülkiyyətdədir. 

Bu çıxarışın saxta olmasını e-gov elektron hökumət portalı reyestr və qeydiyyat nömrəsinin düzgün olmaması ilə təsdiqləyib. Iddiaçının Baş Prokurorluğa, onun yanındakı korrupsiyaya qarşı mübarizə idarəsinə şikayətlərinə isə Hafiz Aberkarov baxmağa imkan vermir. Səbail prokuroru Natiq Əsədov 26.04.2016 tarixli məktubla "xüsusatların təsdiqini tapmadığını” bildirib, cinayət işinin başlanılmasını rədd etsə də, qəbul etdiyi (edibsə!) qərarı verməkdən imtina edir. Bu arada sözügedən yerdə tikinti getdiyini görən əlillərə tikintini aparan "JEK” işçiləri "donos” verib ki, nə polis, nə prokurorluq buraya qarışa bilməz, yiyəsi çox "yuxarıdadır”, PA-nın müavini, Prezidentin köməkçisi Əli Əsədovdur. Ölkənin 1-ci şəxslərinə, PA-ya, Əli Əsədovun özünə, baş prokurora, daxili işlər nazirinə və digər qurumlara bununla bağlı edilən müraciətlər isə "JEK” səviyyəsində cavablandırılıb. 

Səbail RIHB Aparatından təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədov 12.05.2016 tarixli məktubla bildirib: "Qırx pilləkən hissədə N.Nərimanov prospekti-2A saylı ünvanda qeyri-yaşayış binası Cəfərov Məmməd Hüseyn oğlunun xüsusi mülkiyyətindədir”. Maraqlı olduğu qədər korrupsiyadan da soraq verən hal budur ki, həmin Səbail RIHB-in Aparatından başçının 1-ci müavini Xalidə Bayramova cəmi 15 gün qabaq – 26.04.2016 tarixli məktubla bildirib: "…”N.Nərimanov pr.2A ünvanında… həmin qeyri-yaşayış binası 04.08.2011 tarixdə "Alyans-F” MMC-nin adına qeydə alınmışdır”. Səbail prokuroru ilə RIH-in məktubunun eyni gündə imzalanması da mütəşəkkil özbaşınalıqdan soraq verir. ƏMDK-nın sədr müavini Rafiq Cəlilov isə dəfələrlə yazılı bildirib: "Həmin qeyri-yaşayış binası özəlləşməsi nəzərdə tutulan dövlət müəssisəsidir və icarəyə verilməsi məqsədəmüvafiq sayılmır”. Maraqlı olduğu qədər də korrupsiyaya uyğundur ki, zibilxana kimi yararlanılan 20 kv.m-lik yer hansı dövlət müəssisəsidir, bəs niyə hərracdan kənar gah hansısa MMC-nin, gah da fiziki şəxsin mülkiyyətinə verilir?

Biz hələ ki, Əli Əsədovun münasibətini öyrənə bilmədik. Bilmirik, Hafiz Aberkarov onun adından əmlakı talan edib, saxta çıxarışla mənimsəyib, yoxsa elə Prezident köməkçisi özü Cəfərov Məmmədin adından "dövlət zibilxanası”nı ələ keçirib dövlətə kommersiya xidməti göstərir? Bildiyimiz odur ki, əmlak əlillərdən başqa kimə desən mülk ola bilər. Bir məhkəmə ki, 3 metrlik pilləkəndə 2 sotluq əmlakı yerləşdirir, 25.11.2013-də iddianı dəyişdirməyə ərizə alıb, bundan bir ay qabağa – 30.10.2013 tarixinə qətnamə qəbul edir, o hakimiyyətdən nə desən gözləmək olar. Görəsən pilləkənin üstündə tikinti aparılmasına kim icazə verib? Əmlak mübahisəsi məhkəmədə qurtarmamış hakimiyyət məmurları oranı necə özününküləşdirib?///Politika.Az 


Bölmələr:




    Digər xəbərlər