Ekspert "Kapital Bank"a pretenziya məktubu yazıb
Mayın 29-da "Kapital Bank"ın hazırladığı reklam çarxı sosial şəbəkələrdə narazılığa səbəb olub.
Gender üzrə ekspert Xalisə Şahverdi "Kapital Bank"a pretenziya məktubu yazıb.
Gender bərabərsizliyinə təşviq etdiyi üçün reklamın yayılmasının qarşısını alınmasını tələb edib.
"Kapital Bank"ın hazırladığı reklam çarxında bir ailə təsvir edilir.
Həyat yoldaşına futbol oyunu izləməyə imkan verməyən xanım təsvir edilir.
Əsəbiləşən kişi xanımına "BirKart" verib alış-verişə göndərir. Daha sonra futbol oynunu izləyir.
Əbülfət Baxşəli

