Bakıda Ağciyər Xəstəlikləri İnstitutunun qəzalı vəziyyətdə olan korpusu bağlanıb

İllüstrativ foto: Bill Branson, Public domain, Wikimedia Commons
12-11-2026 17:02

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti binanın bəzi hissələri qəzalı vəziyyətdə olduğu üçün dayandırılıb. Səhiyyə Nazirliyi bildirir ki, uzun illərdir istismar olunan binanın texniki vəziyyəti qiymətləndiriləndə bu hissələrin təhlükəli olduğu müəyyən edilib.

Nazirliyin sözlərinə görə, qərar tibb işçilərinin və pasiyentlərin təhlükəsizliyi üçün verilib. Pasiyentlər tibbi göstərişlərinə və müalicə ehtiyaclarına görə Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyindəki ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriləcək ki, müalicə yarımçıq qalmasın.

Nazirlik görülən tədbirlərin əsas məqsədinin pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyini qorumaq, eyni zamanda əhaliyə tibbi xidmətin dayanmamasını təmin etmək olduğunu bildirir.

Digər xəbərlər