ABŞ Konqresində demokratlar Ukraynaya 15 milyard dollarlıq hərbi yardım və Rusiyaya yeni sanksiyalar hazırlayır

Foto: Martin Falbisoner, CC BY-SA 3.0, Wikimedia Commons
08-11-2026 06:18

ABŞ Konqresindəki demokratlar Ukrayna üçün həcmi 15 milyard dollara çata biləcək yeni təhlükəsizlik yardımı paketi üzərində işləyirlər.

“Financial Times” qəzeti yazır ki, aralıq seçkilərdən sonra Konqresdə çoxluğu ələ keçirəcək demokratlar yardımı ABŞ-nin illik müdafiə qanununa (NDAA) düzəliş yolu ilə keçirmək istəyirlər. Plana görə, sənəd yeni Konqresin 2027-ci ilin yanvarında işə başlamasından əvvəl təsdiqlənə bilər.

Qəzetin məlumatına görə, demokratlar sənədə Rusiyaya qarşı əlavə sanksiyalar, Kiyevə kəşfiyyat məlumatlarının və hava hücumundan müdafiə raketlərinin verilməsinin davam etdirilməsi barədə müddəalar da salmağa çalışırlar.

Demokratların Donald Trampın vetosunu aradan qaldırmaq üçün hər iki palatada səslərin üçdə ikisinə ehtiyacı var, bu səbəbdən layihənin qəbulu üçün respublikaçıların bir hissəsinin dəstəyi lazım olacaq.

Ağ Ev açıqlamasında bildirib ki, Tramp, onun xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Ukraynada müharibənin dayandırılması üzərində təcili işə fokuslanıb, administrasiya Konqreslə “konstruktiv əməkdaşlığı” alqışlayır.

Yardım paketi barədə xəbər Rusiyanın son günlərdə Kiyevə ballistik raketlər və dronlarla kütləvi zərbələr endirdiyi, paytaxtın bir hissəsinin işıqsız və susuz qaldığı vaxta təsadüf edir.

Digər xəbərlər