Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

The Wall Street Journal: ABŞ Putinə qazı Avropaya Amerika vasitəçisi ilə satmağı təklif edib

Foto: User:VargaA, CC BY-SA 4.0, Wikimedia Commons
02-11-2026 10:09

ABŞ-nin Rusiya prezidenti Vladimir Putinə Avropa sanksiyalarından yan keçərək təbii qazı Amerika vasitəçisi ilə yenidən Avropaya satmaq ideyasını təqdim etdiyi bildirilir.

The Wall Street Journal qəzeti adını açıqlamadığı mənbələrə istinadən yazır ki, bu ideyanı Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff sentyabrda Moskva və Kiyevə səfərləri zamanı irəli sürüblər. Qəzetə görə, Ağ Ev Rusiyanın qaz gəlirini üçüncü ölkədəki xüsusi hesaba köçürməsini təklif edir ki, Kreml bu pulu müharibəyə xərcləyə bilməsin.

Amerikalı danışıqçılar hesab edirlər ki, Avropa bazarına qayıtmaq Putin üçün Ukraynada "enerji atəşkəsi"nə razılaşmağa güclü stimul ola bilər. Kiyev isə qazın öz ərazisindən keçməsindən tranzit haqqı qazanar, amerikalı investorlar üçün də gəlirli imkanlar yaranardı.

Trampın danışıqçıları ideyanı avropalı liderlərə qışdan əvvəl enerji qiymətlərini aşağı salmaq yolu kimi təqdim etməyə çalışıblar: qəzetə görə, Avropada qaz ehtiyatları ilin bu vaxtı üçün son illərin ən aşağı səviyyəsindədir.

Avropa İttifaqının rəsmi mövqeyi Rusiya qazına qayıtmamaqdır, Rusiyanın mayeləşdirilmiş qazından isə 2027-ci il yanvarın 1-dək tam imtina razılaşdırılıb. Qəzetin yazdığına görə, bir Skandinaviya ölkəsinin yüksək vəzifəli nümayəndəsi təklifin avropalıların müdafiə etdiyi hər şeyə zidd olduğunu deyib, böyük Avropa ölkələrindən birinin rəsmisi isə onu Britaniyanın keçmiş baş naziri Nevill Çemberlenin Çexoslovakiyanı Hitlerlə razılaşmaya qurban verməsi ilə müqayisə edib.

Digər xəbərlər