Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

Nizami Kino Mərkəzinin divarlarına yazı yazmaqda ittiham olunan ADA Universitetinin tələbəsinin həbs müddəti uzadılıb

Foto: Liilia Moroz, CC BY-SA 4.0, Wikimedia Commons
02-11-2026 11:10

Bakıda Nizami Kino Mərkəzinin fasadına qraffiti çəkməkdə ittiham olunan ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadinin həbs müddəti 20 gün uzadılıb.

APA agentliyi xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi istintaq orqanının bu barədə təqdimatını təmin edib. 2006-cı ildə İranda doğulan Belarus vətəndaşı 2024-cü ilin sentyabrından Azərbaycanda yaşayır.

Hadisə aprelin 1-dən 2-nə keçən gecə baş verib: ölkə əhəmiyyətli memarlıq abidəsi olan binanın fasadına boya ilə müxtəlif söz və ifadələr yazılıb. İşdə üç məktəblinin də adı çəkilir.

Tələbəyə Cinayət Məcəlləsinin mədəni sərvətləri əlbir qrup və ya mütəşəkkil dəstə tərəfindən qəsdən korlama və ya məhv etməni nəzərdə tutan 246.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər