Ermənistan Baş nazirinin müavini: "Tramp marşrutu" ərazilərində Azərbaycanla sərhəd növbədənkənar müəyyənləşdirilə bilər
Foto: D.khachatrian, CC BY-SA 4.0, Wikimedia CommonsErmənistanın Baş nazirinin müavini Mher Qriqoryan TRIPP, yəni "Tramp marşrutu" layihəsi ilə bağlı ərazilərdə Azərbaycanla delimitasiyanın növbədənkənar aparılmasının mümkün olduğunu deyib.
Qriqoryanın sözlərinə görə, sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi barədə hələ razılıq yoxdur. "İşlərin növbəti mərhələsi və onun qrafiki ilə bağlı hələ ki razılığımız yoxdur. Amma düşünürəm ki, tezliklə müzakirə edəcək, razılaşacaq və davam edəcəyik", - o deyib.
Baş nazirin müavini Ermənistanın üç infrastruktur obyekti üzrə layihə işlərinə başlamaq niyyətində olduğunu da bildirib: dövlətlərarası avtomobil yolu, elektrik ötürücü xətləri və dəmir yolu. Hər üçü Azərbaycanla Naxçıvan arasında yerləşən Sünik (Zəngəzur) vilayətində tikilməlidir.
"Hazırda TRIPP-in formalaşmasını gözləmədən, gələcəkdə ona təhvil vermək məqsədilə" bu işlərə başlamaq istədiklərini deyən Qriqoryan mümkün sxemlərin və optimal variantların nəzərdən keçirildiyini əlavə edib.
Paşinyan da noyabrın 2-də Ermənistanın marşrutun icrasına faktiki olaraq başladığını demişdi.
