Sərhədçilər İrandan Azərbaycana dronla gətirilən 22,9 kiloqram narkotikin qarşısını alıb
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Azərbaycanın hava məkanına İrandan qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanıb və "zərərsizləşdirilib", dronlarla gətirilən ümumilikdə 22 kiloqram 900 qram narkotik götürülüb.
Narkotikin 15 kiloqram 400 qramı "Horadiz", 7 kiloqram 500 qramı isə "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində tapılıb.
Əməliyyat-istintaq tədbirlərinin davam etdiyi bildirilir.
Dövlət Sərhəd Xidməti noyabrın 2-də İrandan keçməyə çalışan silahlı sərhəd pozucusunun da "zərərsizləşdirildiyini" açıqlamışdı.