Paşinyan: Ermənistan sərhədlərinin hamısına öz sərhədçiləri nəzarət edəcək, rusiyalılar mərhələli əvəz olunacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin bütün dövlət sərhədlərinə nəzarətin mərhələli şəkildə Ermənistan Sərhəd Xidmətinə veriləcəyini deyib. Bu, Rusiya sərhədçilərinin tədricən əvəz olunması deməkdir.
Paşinyan bunu noyabrın 2-də parlamentin daimi komissiyalarının 2027-ci il büdcəsi ilə bağlı birgə iclasında bildirib. "Bu proses müəyyən islahat yolu keçməlidir", - o deyib.
Erməni sərhədçilər bundan əvvəl Rusiya sərhədçilərinin xidmət etdiyi bir sıra sahə və keçid məntəqələrini öz nəzarətinə alıb. Onların arasında "Zvartnots" beynəlxalq hava limanı, İran sərhədindəki Aqarak, Türkiyə sərhədindəki Margara və Axurik məntəqələri var.
Rusiya sərhədçiləri uzun illərdir Ermənistanın İran və Türkiyə ilə sərhədlərində xidmət edir. Paşinyan həmin gün Ermənistanın "Tramp marşrutu"nun icrasına faktiki olaraq başladığını da demişdi.
