Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

"Qırmızı körpü"də sənədlərində gips yazılan iki yük maşınından 40 ton dizel çıxıb

Foto: Faig Nasibov, CC BY-SA 4.0, Wikimedia Commons
02-11-2026 15:24

Dövlət Sərhəd Xidməti "Qırmızı körpü" buraxılış məntəqəsində Azərbaycandan Gürcüstana gedən iki "MAN" yük avtomobilində sənədlərdə göstərilməyən yük aşkarlandığını bildirib.

Qurumun məlumatına görə, sənədlərdə avtomobillərin gips daşıdığı yazılıb, sərhəd naryadının təkrar yoxlamasında isə 40 ton dizel yanacağı, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 240 ədəd, ümumilikdə 24 kiloqram qəlyan tütünü tapılıb.

"Qırmızı körpü" Azərbaycanla Gürcüstan arasındakı əsas sərhəd keçidlərindəndir.

Digər xəbərlər