Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

Kreml Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin bərpasını hələlik mümkün saymır

Foto: Пресс-служба Президента России, CC BY 4.0, Wikimedia Commons
02-11-2026 13:46

Kremlin sözçüsü Dmitri Peskov Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin bərpasından hələlik danışmağın çətin olduğunu deyib.

"Yerdəki vəziyyət belə planların hazırda həyata keçirilməsinin mümkün olmadığını açıq-aydın göstərir", - Peskov jurnalistlərə bildirib. O əlavə edib ki, gələcəkdə nə olacağı "alıcıların istəyindən, satıcıların istəyindən və imkanlarından" asılıdır.

Peskov Avropa bazarının "premium" olduğunu qəbul etsə də, qaz bazarının ondan xeyli böyük olduğunu deyib. "Dünyanın iqtisadi artım mərkəzləri heç də Avropada deyil, onlar kollektiv Cənubdadır", - o bildirib.

Bu sözlər "The Wall Street Journal" qəzetinin ABŞ-nin Putinə qazı Avropaya Amerika vasitəçisi ilə satmağı təklif etdiyi barədə yazısından sonra səslənib. Rusiya qazının Ukrayna üzərindən tranziti 2025-ci ilin yanvarında dayanıb. Mövzu Azərbaycan üçün də maraqlıdır, çünki ölkə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz satır.

Digər xəbərlər