Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

Azərbaycan və Qazaxıstan Xəzərdə yeni bərə sistemi və birgə yük terminalı yaratmağı planlaşdırır

Foto: JacDys, CC BY-SA 3.0, Wikimedia Commons
02-11-2026 11:42

Azərbaycan və Qazaxıstan birgə intermodal yük terminalı və "Xəzər körpüsü" adlı yeni Transxəzər bərə sistemi yaratmağı planlaşdırır. Bunu Qazaxıstanın "Samruk-Kazına" fondu açıqlayıb.

Fondun məlumatına görə, "Kazakhstan Temir Zholy" və "Azərbaycan Dəmir Yolları" terminalın və birgə müəssisənin yaradılmasının əsas şərtlərini müəyyən edən sənəd imzalayıb. Layihə ilk növbədə Transxəzər marşrutu ilə konteyner və digər yükdaşımaların artırılmasına yönəlib.

Sazişlər "Samruk-Kazına"nın İdarə Heyətinin sədri Nurlan Jaqıpovun AZCON rəhbərliyi ilə görüşündən sonra imzalanıb.

Oktyabrın 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Bakı səfəri zamanı Bakı Gəmiqayırma Zavodunda Qazaxıstan şirkəti üçün iki quru yük gəmisinin tikintisinə dair sənədlər də mübadilə olunmuşdu. Qazaxıstan rəsmisinin oktyabrda dediyinə görə, ölkə 2028-ci ilədək konteyner daşımaları üçün səkkiz gəmi gözləyir, onlardan dördü Bakıda, dördü Çində inşa olunacaq.

Digər xəbərlər