"Qazprom Ermənistan": Rusiyadan qaz tədarükü adi qaydada davam edir
Rusiyadan Ermənistana təbii qaz tədarükü adi rejimdə davam edir. Bunu "Qazprom Ermənistan" şirkətinin mətbuat xidməti bazar ertəsi bildirib.
Açıqlama erməni qəzeti "Hraparak"ın sentyabrın sonunda Rusiya mənbələrinə istinadən yaydığı xəbərdən sonra gəlib. Qəzet Moskvanın noyabrın 1-dən qazı dayandırmağı planlaşdırdığını yazmışdı.
Ermənistan qaz ehtiyacını demək olar ki, tamamilə Rusiya hesabına ödəyir: "Qazprom" 2025-ci ildə bu ölkəyə təxminən 2,7 milyard kubmetr qaz verib. Daha 476 milyon kubmetr qaz "qaz müqabilində elektrik" proqramı ilə İrandan gəlir.
Ermənistan Rusiya qazının min kubmetrinə 177,5 dollar ödəyir, bu qiymət 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinədək qüvvədə olan sazişlə müəyyənləşib. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov əvvəllər Ermənistanın qazı güzəştli şərtlərlə aldığını, başqa ölkələrdən idxalın Yerevana xeyli baha başa gələcəyini demişdi.