Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

Bakı metrosunda "28 May" - "Nizami" tunellərinin 40 və 30 metri qazılıb

Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
02-11-2026 09:19

"28 May" və "Nizami" stansiyaları arasında qazılan, hər biri 211 metr uzunluğunda olan iki yeni tuneldən birində 40 metrdən çox, digərində 30,5 metr qazıntı işi tamamlanıb.

"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, işə 11 ay vaxt nəzərdə tutulub və 2 aydan bir qədər çox vaxt keçib.

"Tunellərdən birində geoloji və hidrogeoloji şərtlərin sərt üzü ilə qarşılaşmağa başlamışıq, amma buna baxmayaraq işlər plan üzrə gedir", - Məmmədov deyib. O, xətlərin söz verilən vaxtda birləşdirilməsinin mümkün olduğunu bildirib.

Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi avqustun 15-də başlayıb. Bununla əlaqədar "28 May" - "Nizami" arasında sərnişindaşıma dayandırılıb, bu da paytaxtda nəqliyyat gecikmələrinə səbəb olub.

Digər xəbərlər