Son dəqiqə:Bir ildən çox həbsdə olan qadın Mehriban Əliyevaya müraciət edib, məhkəmənin onu tibbi ekspertizaya göndərmədiyini deyir - 02-11-2026

İsrail ordusu işğal altındakı Hebronun bir məhəlləsindən çəkilib: bələdiyyəyə görə 3 mindən çox fələstinli evindən çıxarılmışdı

Foto: Sharon Azran/B’Tselem, CC BY 4.0, Wikimedia Commons
02-11-2026 13:51

İsrail ordusu 1967-ci ildən işğal altında olan İordan çayının qərb sahilindəki Hebron şəhərinin bir məhəlləsində apardığı əməliyyatı noyabrın 2-də bitirib. Sakinlər evlərinə qayıtmağa başlayıb.

Hebron bələdiyyəsinin məlumatına görə, ordu məhəlləni boşaltdıqda 3 mindən çox insan evini tərk etməli olub. Mediada köçkün düşənlərin sayı daha əvvəl 2 min kimi göstərilmişdi. Sakinlərin evlərinin çoxunun zədələndiyi və talan edildiyi bildirilir.

AFP agentliyi yazır ki, evini əsgərlər əməliyyat başlayandan bəri tutan Muhannad əl-Təmiminin ailəsi qayıdanda mənzili alt-üst olmuş vəziyyətdə tapıb: mebel və paltarlar döşəmədə, döşəklər çevrilmiş, uşağın velosipedi sınmış halda.

Ordu hücumda ittiham etdiyi iki fələstinlinin evini uçurduğunu bildirib. İsrail əməliyyatı oktyabrın 23-də Hebron yaxınlığındakı nəzarət-keçid məntəqəsinə hücumla əsaslandırır: hücumda iki İsrail əsgəri ölüb, Baş nazir Benyamin Netanyahu və başqa rəsmilər cavab əməliyyatı vəd etmişdi. Hücum İsraildə gərgin keçən seçkilərdən bir neçə gün əvvəl olmuşdu.

İsrail hərbi rəsmisi əsgərlərin axtarışlar apardığını, şübhəliləri saxladığını, dörd silah və hərbi ləvazimat müsadirə etdiyini deyir. Rəsmi "terrorla mübarizə" fəaliyyətinin "Yəhudeya və Samariyada" davam etdiyini də bildirib. İsrail Qərb sahilini bu bibliya adı ilə çağırır.

Digər xəbərlər