Bir dollar tarixdə ilk dəfə 50 Türkiyə lirəsini ötüb
Türkiyə lirəsinin dollara qarşı məzənnəsi yeni həftənin ilk ticarət günündə ilk dəfə 50 lirəni keçib. Beləliklə, oktyabrın 26-da qeydə alınan 49,79 lirəlik rekord bir həftə sonra yenilənib.
Türkiyə mediası bu enişi qlobal bazarlardakı vəziyyətlə, xüsusilə də ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə yönəlmiş diqqətlə izah edir. Seçkilər Konqresdəki güc bölgüsünü və Donald Tramp administrasiyasının iqtisadi siyasətini müəyyən edəcək.
Azərbaycan Mərkəzi Bankının noyabrın 2-si üçün rəsmi məzənnəsində 1 dollar 1,70 manat, 1 lirə isə 0,034 manatdır. Dollara qarşı məzənnəsi sabit saxlanılan manat lirə qarşısında da bahalaşır: bu, Türkiyədən mal alan və ora səfər edən azərbaycanlılar üçün manatın daha çox lirə alması deməkdir.