Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

BMT baş katibi: Rusiya-Ukrayna müharibəsinin yaxın vaxtda bitəcəyini görmürəm, ABŞ-nin mövqeyi yanlışdır

Foto: Ingolfson, Public domain, Wikimedia Commons
02-11-2026 12:37

BMT-nin baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasındakı müharibənin qısa müddətdə həll olunmasını gözləmədiyini deyib.

"ABŞ-nin Ukrayna-Rusiya münaqişəsi ilə bağlı mövqeyinin, məncə, yanlış olduğu aydındır. Mən münaqişənin qısamüddətli perspektivdə həllini görmürəm", - Quterreş "El Pais" qəzetinə müsahibəsində bildirib.

Tramp isə amerikalı jurnalist Benni Consona müsahibəsində sülh sazişinin əldə olunmasının yaxınlaşdığını demişdi.

Tərəflərin son açıqlamaları da fərqli mövqeləri göstərir: Zelenski Rusiyanın ələ keçirə bilmədiyi əraziləri ABŞ vasitəsilə Ukraynadan tələb etdiyini deyir, Kreml isə Ukraynanın Trampın istəyinə məhəl qoymadan Rusiyanın neft zavodlarını vurduğunu bildirir.

Digər xəbərlər