Son dəqiqə:

Müsavatdan Xədicə İsmayılla bağlı etiraz - BƏYANAT

02-09-2015 18:27
Müsavat Partiyası araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı çıxarılan məhkəmə hökmünə etiraz edib. Bu barədə partiyanın mətbuat xidmətindən yayılan bəyanatda bildirilir. 

Bəyanatda qeyd olunur: "Azərbaycan Ağır Cinayətlər məhkəməsi tədqiqatçı jurnalist Xədicə İsmayıla 7,5 il müddətində həbs cəzası verilməsi barədə hökm çıxarıb. 

"Azadlıq” radiosunun əməkdaşı, hakimiyyətə qarşı sərt tənqidləri ilə seçilən Xədicə İsmayıl hər hansı cinayət əməli törətməyib. Xədicə İsmayıl jurnalist fəaliyyətinə, xüsusi ilə hakimiyyəti ifşa edən tədqiqat yazılarına görə azadlıqdan məhrum edilib. 

Müsavat Partiyası Xədicə İsmayılın həbsini ölkədə demokratik azadlıqlar uğrunda mübarizə aparanlara qarşı repressiya tədbirlərinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyir. Azərbaycan hakimiyyətini fundamental hüquq və azadlıqlara qarşı mübarizəni, həqqiqəti söyləyənlərin müxtəlif üsullarla susdurulması istiqamətindəki fəaliyyətini durdurmağa çağırır. 

Müsavat Partiyası Xədicə İsmayılın və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir".
 
Arqument.Az

Bölmələr:



Digər xəbərlər