Ukrayna dronlarının neft zavodunu vurduğu Rusiyanın Leninqrad vilayətində benzin satışına 30 litr limit tövsiyə olunub
İllüstrativ foto: Живущий в южной части Москвы, CC0, Wikimedia CommonsLeninqrad vilayətinin operativ qərargahı yanacaqdoldurma məntəqələrinə bir nəfərə 30 litrdən çox benzin və 50 litrdən çox dizel satmamağı tövsiyə edib. Bunu vilayətin qubernatoru Aleksandr Drozdenko açıqlayıb.
Drozdenko qərarı bir sıra iri neft şirkətlərinin yanacaq satışına məhdudiyyət qoyması ilə izah edib. Onun sözlərinə görə, addım alıcıların bir anda məntəqələrə axışmasının qarşısını almaq üçündür.
Noyabrın 9-na keçən gecə Ukrayna Leninqrad vilayətinə dronlarla hücum edib, bir nəfər ölüb. “Surqutneftqaz” şirkətinin tərkibində olan və Rusiyanın ən böyük neft emalı zavodlarından sayılan “Kirişinefteorqsintez”də yanğın baş verib.
“Rosneft” şirkəti də bir neçə neft emalı zavodu Ukrayna dronlarının hədəfinə çevrildikdən sonra Rusiyanın bütün regionlarındakı məntəqələrində satışı məhdudlaşdırmağa başlayıb. Rusiyada 2026-cı ildə Ukraynanın neft müəssisələrinə zərbələri fonunda bir neçə dəfə yanacaq böhranı yaşanıb.


