Son dəqiqə:

Böhran məmurların bahalı maşın sevgisini də gözündə qoydu - Şok rəqəmlər

17-10-2015 16:28 / Bu xəbər 281 dəfə oxundu
"Böyük neft pullarının daxil olmağa başladığı 2005-ci ildən başlayaraq dövlət büdcəsindən məmurların maşın parkını təzələmək üçün nəhəng pullar ayrılamağa başladı. 

Şübhə etmirəm ki, araşdırma aparılsa, Azərbaycan məmurları dünyanın ən bahalı xidməti avtomobil parkına malik ölkələri sırasında ən azı top 20-likdə yer alar”. 

Arqument.Az-ın məlumatına görə, bunu tanınmış iqtisadçı Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, bu gün məmurlamızın sərəncamında dəyəri 100-150 min dollar aralığında dəyişən 7-ci seriya BMW və S klass "Mersedes"lərin sayı-hesabı yoxdu: "Dəfələrlə vətəndaş cəmiyyəti təkliflər etdi ki, hökumət bütün büdcə təşkilatlarının avtomobil parkı, il ərzində alınan yeni maşınların sayı, markası və qiymətləri ilə bağlı məlumatları saytlarda yerləşdirsinlər, amma bu təklif heç kimə sərf etməyib. İndi kim bu suala cavab verə bilər ki, hazırda dövlət orqanlarına nə qədər avtomobil xidmət edir, növə görə onların tərkibi necədir? Heç kim deyə bilməz, çünki məmurlara bu məlumatları açıq saxlamaq sərfəli deyil. 

Avtomobil satışı biznesinin məmur inhisarında olduğunu nəzərə alsaq, dövlət büdcəsinin pulları həm də onlar üçün yaxşı qazanc mənbəyinə çevrilib. Özü də deyilənə görə bizim ali ranqlı məmurlar tez-tez maşın parkını təzələməyi xoşlayır. Bu isə büdcənin avtomobil alışı ilə bağlı xərclərini daha da artırıb - həm bahalısını sürürsən, həm təzəikən yenə də ən təzəsinə keçirsən.

Amma məmurlarımız saydığını saysın, görün neft nə saydı. 2016-cı ildə nəqliyyat vasitələrinin alınması üçün dövlət büdcəsindən cəmi 6.5 miıyon manat ayrılıb. Elə bilirsiniz çoxdur bu? Əvvəlki illərdə ayrılan pullara baxın, görün çox necə olur:

2007 - 86.7 milyon manat
2008 - 33.6 milyon manat
2009 - 45.3 milyon manat
2010 - 32.0 milyon manat
2011 - 40.9 milyon manat
2012 - 28.3 milyon manat
2013 - 42.3 milyon manat
2014 - 24.6 milyon manat
2015 - 24.5 milyon manat

Bu illər ərzində büdcə sektoru üçün nəqliyyat vasitələrinin alınmasına 358.1 milyon manat xərcənib”.

Göründüyü kimi, neft gəlirlərinin kəskin azalması bahalı maşın sevgisini də gözündə qoymağa başlayır. Məşhur ifadə ilə desək, bu "jurnal”dır, "kino” isə hələ qabaqdadır. Kim bilir, məmurlarımızı qarşıda başqa hansı başqa bəd sürprizlər gözləyir… 

Arqument.Az

Bölmələr:




Digər xəbərlər