Son dəqiqə:

Bakıda qadınların başına boru düşdü, biri yerində keçindi (VİDEO+18)

23-02-2016 00:56 / Bu xəbər 310 dəfə oxundu
Bakının Yasamal rayonu ərazisində 20 nömrəli məktəbin yeni tikilən binasından düşən dəmir boru bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. 

Qadınlardan birinin başı əzilib və o, qanitirmədən yerindəcə keçinib.

BAKU.WS-in məlumatına görə, Parlament prospekti 9 ünvanında tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
 
Digər qadın isə ağır yaralanıb. Onların hər ikisinin 70 yaşlarında olduğu bildirilir. Əraziyə gələn polis və təcili yardım həkimləri yaralı qadını xəstəxənaya aparıblar.

Onların kimliyi barədə hələlik məlumat yoxdur. Hüquq-mühafiz orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
 
Arqument.Az-ın apardığı araşdırmalara görə, ötən gün tikinti gedən binada dəmir parçası səki ilə gedən 2 qadının üzərinə düşüb və qadınlardan biri hadisə yerindəcə keçinib. Amma xəbər bir çox saytlarda yayılsa da, sonradan xəbərin videosunu silinib. 

Qeyd edək ki, tikintini aparan şirkətin adı (Tikintinin elan löhvəsində belə yazılıb) "Bakinşaat" MMC-dir. Vergilər Nazirliyinin məlumat bazasında isə bu adda şirkət ümumiyyətlə qeydə alınmayb. Maraqlıdır ki, böyük bir tikinti şirkəti heç bir rəsmi qeydiyyatdan keçməyib. Bu da xəbərlərin və videonun silinməsinində şübhəli məqamların olduğunu ortaya qoyur. Görünür, şirkət hansısa "görünməz əl"in altındadır. 
 
Ürəyi zəif olanlardan videoya baxmamağı məsləhət görürük:
 








 

 


Bölmələr:




Digər xəbərlər