Azərbaycanın yeniyetmə batutçuları Çində Dünya Yaş Qrupları Yarışlarında bürünc medal qazanıb

Arxiv foto: 2021-ci ildə Bakıda keçirilmiş Dünya Yaş Qrupları Yarışlarının arenası. Tim Dannenberg, CC BY-SA 4.0, Wikimedia Commons
15-11-2026 00:06

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Muhamməd Həsənli və Ömər Qasımlı 13-14 yaş kateqoriyasında sinxron proqramda üçüncü yeri tutublar. Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, cütlük finalda 46,160 xal toplayıb.

Eyni proqramda 17-21 yaş kateqoriyasında çıxış edən Mehdi Əliyev və Nicat Mirzəyev təsnifat mərhələsini 48,960 xalla dördüncü yerdə başa vurub finala vəsiqə qazanıblar.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında yarışan Əsnad Niftiyeva isə 42,700 xalla səkkizinci nəticəni göstərib və final mərhələsinə yüksəlib.

Dünya Yaş Qrupları Yarışları batut gimnastikası və tamblinq üzrə yeniyetmə və gənc idmançılar üçün keçirilən beynəlxalq yarışdır. 2021-ci ildə bu yarışlar Bakıda keçirilmişdi.

Digər xəbərlər