Son dəqiqə:Sərhədsiz Reportyorlar İlham Əliyevi mətbuat azadlığının 33 "yırtıcısı" siyahısına salıb - 02-11-2026

ABŞ-dan Leyla Yunusla bağlı çağırış

14-08-2015 18:09 / Bu xəbər 74 dəfə oxundu
ABŞ Dövlət Departamenti öz bəyanatında Leyla və Arif Yunusların barəsində hökmü kəskin pisləyib, onların azadlığa buraxılmasını tələb edib.

"ABŞ Azərbaycan məhkəməsinin hüquq müdafiəçiləri Leyla və Arif Yunusların 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarından çox narahatdır.

Görünür, ittihamlar onların hüquq-müdafiə fəaliyyəti, regionda gərginliyi aradan qaldırmaq və inam körpüsünü yaratmaq məqsədilə sülhməramlı proqramlarda iştirakları ilə bağlıdır.
Biz məhkəmə prosesində pozuntuların olması, xüsusən onların səhhəti barədə məlumatlardan narahatıq, hakimiyyəti humanitar səbəblərdən onları azadlığa buraxmağa çağırırıq.

Bu, vətəndaşların əsas  hüquq və azadlıqlarının təmin olunması üzrə öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi baxımından Azərbaycanın da marağındadır. Bu, çiçıklənən və stabil gələcəyə nail olmaq yolunda mühüm addımdır”, - bəyanatda deyilir. 

Arqument.Az


Bölmələr:



Digər xəbərlər