Putin, Tramp və Si Cinpinin noyabrın 19-da Çində görüşəcəyi təsdiqlənib

Arxiv foto: Tramp və Si Cinpin, 2025, The White House, Public domain, Wikimedia Commons
16-11-2026 09:11

Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpin noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirəcəklər. Ağ Evin yaydığı cədvəldə görüşün “Kylin Villa” otel kompleksində olacağı və Bakı vaxtı ilə saat 10:30-da başlayacağı göstərilib.

Çin Xarici İşlər Nazirliyi də noyabrın 16-da Si Cinpinin görüşdə iştirak edəcəyini açıqlayıb. Nazirliyin məlumatına görə, görüş Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində olacaq. Pekin bundan əvvəl belə bir görüşü rəsmən təsdiqləməmişdi.

Kreml sözçüsü Dmitri Peskov hələ noyabrın 14-də üçtərəfli görüşlə bağlı razılıq əldə olunduğunu demişdi.

Görüş Rusiyanın Ukraynada müharibəsinin davam etdiyi və ABŞ-nin İranla hərbi qarşıdurmada olduğu bir vaxta düşür. “Reuters” agentliyi bundan əvvəl yazmışdı ki, Çin bu görüşdə Ukrayna müharibəsinin müzakirəsinə qarşı çıxır. Tərəflər gündəlik barədə hələlik açıqlama verməyib.

Digər xəbərlər