Nərgiz Rəfiyeva: AzTV-də iki həftədir yoxlama aparılır
"Azərbaycan Televiziya və Radio Verilişləri"Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva APA-ya belə deyib.
Onun sözlərinə görə, televiziyada audit yoxlaması iki həftə öncə başlayıb və hazırda davam edir.
Nərgiz Rəfiyeva deyib ki, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

