Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Rusiya Təhlükəsizlik Şurasının katibi Avropaya: "Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibə başladığı günü görəsiniz"

Arxiv foto: Ministry of Defence, CC BY 4.0, Wikimedia Commons
02-11-2026 17:43

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Rusiya xalqları" beynəlxalq həftəsi çərçivəsində keçirdiyi mətbuat konfransında Moskvanın Avropaya hücum etmək fikrində olmadığını deyib və eyni zamanda Avropa ölkələrini "hibrid müharibə" ilə hədələyib.

"Prezidentimiz son iki ayda, deyəsən, üç-dörd dəfə deyib ki, heç bir Avropaya hücum etmək fikrimiz yoxdur. Onlar isə israrla deyirlər ki, Rusiya bizə qarşı hibrid müharibə aparır. Qulaq asın, bizim sizə vaxtımız yoxdur. Bilmirəm, bəlkə də çox düzgün olmayan bir şey deyirəm, amma Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibə aparmağa başladığı günü görəsiniz", - Şoyqu deyib.

Onun sözlərinə görə, Qərb daim Moskvanı aldatmağa çalışır və qərbli həmkarlara etimad çox aşağı səviyyədədir. "Bu etimadı bərpa etmək üçün onlar çox iş görməlidir", - Rusiya rəsmisi əlavə edib.

Digər xəbərlər