Son dəqiqə:Kiyev yaxınlığında hərbçilərin saxlandığı evin qarşısında toqquşma olub, Ukrayna prezident ofisinin rəhbəri yerə gəlib - 03-11-2026

Sərhədçilər İrandan Azərbaycana keçirilən 136 kiloqramdan çox narkotikin qarşısını alıb

Foto: Bita tayyebi, CC BY-SA 4.0, Wikimedia Commons
02-11-2026 16:48

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli "Metadon M-40" həbinin keçirilməsinin qarşısı alınıb.

Xidmət bildirir ki, narkotik və həblər Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin ərazisində keçirilən axtarış və əməliyyat tədbirləri zamanı üç halda tapılıb.

Bundan əvvəl sərhədçilər İrandan dronla gətirilən 22,9 kiloqram narkotikin qarşısını aldıqlarını bildirmişdilər.

Digər xəbərlər