Putin MDB ölkələri ilə borcluların bank hesabları və əmlakı barədə məlumat mübadiləsi sazişini təsdiqləyib, Azərbaycan da sazişi imzalayıb
Foto: tatarstan.ru, CC BY 4.0, Wikimedia CommonsRusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icrası zamanı məlumat mübadiləsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Sənəd Rusiyanın rəsmi hüquqi məlumat portalında dərc olunub.
Saziş ötən il imzalanıb. Tərəflər Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandır.
Sənədə əsasən, ölkələrin səlahiyyətli orqanları məhkəmə qərarlarının icrası üçün lazım olan məlumatları bir-birinə verəcək. Söhbət xüsusilə borclunun iş yeri, əmlak vəziyyəti, daşınmaz əmlakı, nəqliyyat vasitələri, bank hesabları, kommersiya təşkilatlarındakı payları və digər aktivləri barədə məlumatlardan gedir.
