Müsavat başqanı "Bandotdel"ə çağırıldı
Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.
Müsavat Partiyasından verilən məlumata görə, BMCMİ-nin nümayəndələri bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir.
Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.
Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.
bastainfo.com