Son dəqiqə:Trampın Əliyevi Mayamidəki G20 sammitinə dəvət etdiyi bildirilir - 01-11-2026

"Hədəfdə Müsavatdır" – İsa Qəmbər

13-01-2016 17:28 / Bu xəbər 419 dəfə oxundu
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər özünün feysbukda Müsavatın hədəfdə olmasını göstərən hadisələrin sadalandığı satus paylaşıb. 

Statusu təqdim edirik:

1. Saat 3-də Müsavat partiyasının başqanı Arif Hacılı BMCMİ-də olacaq. Çünki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər. Müsavat Partiyasından "Basta”ya verilən məlumata görə, BMCMİ-nin nümayəndələri bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimov Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir.

2. Saat 3-də Lənkəran məhkəməsində Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İman Əliyev və AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənlinin məhkəməsi başlayacaq.

3. Mənzərəni tamamlamaq üçün onu da əlavə edək ki, bu gün Binəqədi rayon məhkəməsində Rifahçıların Müsavat Partiyasına qarşı qaldırdığı uydurma məhkəmə prosesi davam edəcək.

Arqument.Az

Bölmələr:




Digər xəbərlər