Metro nə vaxt açılacaq?
Azərbaycan hökumətində orta ümumtəhsil müəssisələri ilə yanaşı, ali təhsil müəssisələrinin də açılması ilə bağlı müzakirələr gedir.
Bu barədə "Report” xəbər yayıb.
Bildirilir ki, universitetlər fevralın 15-dən açıla bilər.
Bununla belə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq, sözügedən məsələnin martın 1-nə qədər uzanacağı istisna deyil.
Həmçinin ötən il oktyabrın 19-dan bağlı olan Bakı metrosunun da ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında isə bildirib ki, təmsil etdiyi quruma metronun açılması ilə bağlı hər hansı rəsmi qərar daxil olmayıb.
Azərbaycanın orta məktəblərində tədris prosesinin fevralın 1-dən bərpa olunması gözlənilir.