Bakı 2027-ci ilin martında idman gimnastikası üzrə Dünya Kuboku mərhələsini qəbul edəcək
Dünya Gimnastikasının 2027-ci il üçün təsdiqlədiyi beynəlxalq təqvimə Bakıda alətlər üzrə Dünya Kuboku mərhələsi də daxil edilib.
Milli Gimnastika Arenasındakı yarışda kişi və qadın gimnastlar müxtəlif alətlərdə mübarizə aparacaqlar.
Təqvimə görə, Bakıdan əvvəlki mərhələ fevralın 25-28-də Almaniyanın Kotbus şəhərində keçiriləcək.
