Son dəqiqə:"Qarabağ" futbolçusunun formasındakı adda Azərbaycan əlifbasında olmayan hərf işlətdiyinə görə cərimələnib - 03-11-2026

Kliçko Bakıya gəlir

12-04-2017 19:10 / Bu xəbər 119 dəfə oxundu
Kiyev şəhər bələdiyyəsinin rəhbəri Vitali Kliçko Bakıya səfərə gəlir. 

Aprelin 13-dən 14-nə kimi davam edəcək səfər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun dəvəti ilə baş tutacaq.

Bu haqda Kiyev meriyasının internet səhifəsi xəbər verir.

Səfərdən öncə Vitali Kliçko Azərbaycanla əlaqələrə böyük önəm verdiklərini ifadə edib.

"20 ilə yaxındır ki, Kiyev Bakı ilə qardaşlaşmış şəhərdir. Bakı infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı önəmli addımlar atıb, bu sahədə yaxşı təcrübəyə sahibdir. Bununla bağlı təcrübə mübadiləsi bizə faydalı ola bilər”, – deyə Vitali Kliçko səfər öncəsində bildirib.

Onun səfər proqramına yüksək səviyyəli rəsmilərlə görüşlər, habelə Fəxri Xiyabanın, Dövlət Bayrağı Meydanının ziyarət edilməsi də daxildir.

Digər xəbərlər